Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu

Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu

12 iyun 2026, Cümə
1
0

Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu

Amerikalı sahibkar İlon Mask "SpaceX"in səhmlərinin ilkin ictimai təklifi (IPO) nəticəsində dünya tarixində ilk dollar trilyoneri olub.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, Maskın biznes imperiyasının əsasını təşkil edən "SpaceX" şirkəti iyunun 11-də keçirilən IPO zamanı rekord həddə – 75 milyard dollar vəsait cəlb edib. Bu isə investorların sahibkarın layihələrinə böyük maraq göstərdiyini nümayiş etdirir.

Agentliyin məlumatına əsasən, Maskın sərvətinin böyük hissəsi hazırda "SpaceX"də cəmlənib. Onun şirkətdəki payının dəyəri təxminən 866 milyard dollar qiymətləndirilir. Tesla və digər aktivləri də nəzərə alındıqda, "Forbes" və "Reuters"in şirkət sənədlərinə əsaslanan hesablamalarına görə, cümə günü səhmlərin ticarətə başlaması ərəfəsində Maskın ümumi sərvəti 1,1 trilyon dolları keçəcək.

Şərh yaz
Şərhlər (0)