Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb

Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb

11 iyun 2026, Cümə axşamı
2
0

Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb

Ötən il kifayət qədər müştərisi olan obyektlər bu il boş qalıb. Anormal hava şəraiti dənizkənarı istirahət mərkəzinə tələbatı azaldıb. Son günlər müşahidə olunan sərin və qeyri-sabit hava şəraiti həmin obyektlərin işləməsinə mənfi təsir edib.

Sahibkarların sözlərinə görə, istirahətə gələnlərin sayında xeyli azalma var:

"Keçən illə bu il çox fərqlənir. Ötən il hava da isti idi, amma bu ilki hava şəraiti işlərə təsir edib. Bu aydan sentyabrın sonuna qədər məkanları icarəyə götürürük. Nə turist, nə yerli sakinlərdən gələnlər çox azdır. Hava şəraitinə görə sezonu tam aça bilmirik".

Sahibkarlar ümid edirlər ki, havalar qızanda vəziyyət əvvəlki qaydasında düzələcək. (milli.az)

Şərh yaz
Şərhlər (0)