İran türkmən şəhəri Ərbili vurdu

SEPAH İraqda genişmiqyaslı əməliyyata başlayıb
Hörmüz boğazında ABŞ ordusuna məxsus “Apache” helikopterinin vurulmasından sonra Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib.
İran qırcı və PUA-ları İraqın Ərbil şəhərinə hava zərbələri endirib və nəticədə şəhərdə güclü partlayışlar baş verib.
Verilən xəbərlərə görə, SEPAH Ərbildəki İran-Kürd müxalifət qruplarının qərargahlarını hədəf alan genişmiqyaslı əməliyyat başlayıb. Şimali İraqın mərkəzində yerləşən Ərbildə ABŞ-ın əsas hərbi bazaları yerləşir.
Hücumlardan sonra ABŞ və İran döyüş təyyarələri Ərbil üzərində uçuşlara başlayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
10 mart 2026, Çərşənbə axşamı
İran müharibəsi: ABŞ dollarına təhlükə və Trampın ərəb ölkələrinə verdiyi dərs
Şərhlər (0)


