Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
Türkiyə hökuməti Ermənistanla sərhədin açılması məsələsi ilə bağlı mövqeyini açıqlayıb.
Türkiyə hökumətindəki mənbə RİA Novosti agentliyinə bildirib ki, Ermənistan-Türkiyə sərhədinin açılması prosesi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının gedişindən asılı olacaq.
Mənbənin sözlərinə görə, hazırda sərhədin açılması ilə bağlı konkret vaxt müəyyən edilməyib. Bununla yanaşı, Ankara Cənubi Qafqazda sabitliyin və mehriban qonşuluq münasibətlərinin inkişafı naminə konstruktiv dialoqun davam etdirilməsinə ümid edir.
Türkiyə tərəfi hesab edir ki, regionda normallaşma proseslərinin irəliləməsi uzunmüddətli sülh və əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
20 noyabr 2025, Cümə axşamı
ABŞ Qafqazın yenidən dizayn edilməsində israrlıdır: Ağ Ev Rusiyanın Türk İttifaqı ilə əvəzlənməsini dəstəkləyir
23 mart 2026, Bazar ertəsi
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"nı kim hakimiyyətə gətirir
20 aprel 2026, Bazar ertəsi
Sülhə doğru son addımlar: Bakıdan mesaj - yaxın aylarda həlledici qərarlar verilə bilər
Şərhlər (0)

