Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » ABŞ BMT-yə Suriyaya qarşı sanksiyaların qaldırılmasını təklif edib

ABŞ BMT-yə Suriyaya qarşı sanksiyaların qaldırılmasını təklif edib

05 noyabr 2025, Çərşənbə
3
0
ABŞ BMT-yə Suriyaya qarşı sanksiyaların qaldırılmasını təklif edib
 
ABŞ BMT Təhlükəsizlik Şurasına Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşməsi planlaşdırılan Suriya prezidenti Əhməd əl-Şaraya qarşı sanksiyaların qaldırılmasını nəzərdə tutan qətnamə layihəsi təklif edib.
 
 "Reuters" agentliyi xəbər verir ki, qətnamə layihəsi həmçinin Suriyanın daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaların qaldırılmasını tələb edir.
 
Lakin onun nə vaxt səsverməyə çıxarılacağı hələlik məlum deyil.
 
Qətnamənin qəbul edilməsi üçün ən azı doqquz “lehinə” səs və Rusiya, Çin, ABŞ, Fransa və ya Böyük Britaniya tərəfindən veto qoyulmaması tələb olunur.
Şərh yaz
Şərhlər (0)