Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız

Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız

25 may 2026, Bazar ertəsi
0
0
Trampdan müsəlman ölkələrinə gözlənilməz tələb: Bu Sazişə qoşulmalısınız
 
ABŞ Prezidenti Donald Tramp ərəb və müsəlman ölkələri liderləri ilə İranla danışıqlar prosesi ilə bağlı görüş zamanı gözlənilməz tələblə çıxış edib.
 
“axios” xəbər verir ki, Tramp İranla müharibəyə son qoymaq üçün razılıq əldə edilərsə, bəzi ölkələrdən İbrahim Sazişlərinə qoşulmalarını istəyib. 
Nəşrin məlumatına görə, Tramp görüşdə İranla müharibədən sonra Yaxın Şərqdə növbəti addımın İsrail ilə münasibətlərin normallaşdırılması olacağını bildirib. İddialara görə, Tramp görüşdə İbrahim Sazişlərinə qoşulmayan ölkələrin müharibə bitdikdən sonra İsrail ilə münasibətlərini normallaşdırmasını gözlədiyini bildirib.
 
Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da daxil olmaqla bəzi liderlərin razılaşmanı dəstəkləsələr də, Səudiyyə Ərəbistanı, Qətər və Pakistan kimi İsraillə rəsmi diplomatik münasibətləri olmayan ölkələrin bu tələbdən təəccübləniblər.
 
Məlumata görə, Tramp görüş zamanı liderlərə İsrailin Baş naziri Binyamin Netanyahu ilə də görüşəcəyini bildirib və Netanyahunun tezliklə oxşar konfransa daxil ediləcəyinə ümid etdiyini bildirib.
Şərh yaz
Şərhlər (0)