Trampdan Türkiyə və Ərdoğan açılaması: Əla müttəfiqdir

Türkiyə ilə çox yaxşı münasibətlərimiz var, Prezident Ərdoğan isə əla müttəfiqdir.
Bunu ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ötən günkü telefon danaığını şərh edərkən deyib.
Başqa heç kimin sahib olmadığı ən yaxşı münasibətim var, - Tramp qeyd edib.
Görüşün olduqca standart və məhsuldar keçdiyini deyən Donald Tramp, Prezident Ərdoğanla şəxsi dialoquna diqqət çəkərək aşağıdakı ifadələri işlədib:
“Ərdoğanla əla münasibətlərim var. Belə sərt insanlarla yaxşı münasibət qurmaq gözəl deyilmi? Ərdoğan sərt adamdır. Amma onunla hər kəsdən daha yaxşı münasibətim var”.
Tramp Ərdoğanın liderlik keyfiyyətlərinə və Türkiyənin müttəfiq roluna da toxunub və beynəlxalq aləmdəki bəzi tənqidlərə belə cavab verib:
“Əslində, o, yaxşı iş gördü. Düşünürəm ki, o, çox yaxşı müttəfiqdir. Bəzi insanlar buna şübhə edə bilərlər, amma düşünürəm ki, o, əla müttəfiqdir və xalqı ona hörmət edir. Xalqı ona çox hörmət edir”.
Qeyd edək ki, mayın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Liderlər Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
16 dekabr 2025, Çərşənbə axşamı
Ərdoğan Tramp-Putin tandemini pozur: Türkiyə Ukrayna savaşında əsas orbitrə çevrilir
Şərhlər (0)



