Si Cinpinlə Putin Pekində görüşdü

Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Pekində bir araya gəlib.
“Görüş Xalq Yığıncaqları Böyük Zalında keçirilib.
Rusiya lideri Pekində rəsmi mərasimlə qarşılanıb. İki lider qırmızı xalça üzərindən keçərək fəxri qarovul dəstəsini salamlayıb, daha sonra danışıqlara başlayıblar.
Görüş zamanı Putin iki ölkə arasında əməkdaşlığın “güclü və müsbət dinamika” nümayiş etdirdiyini bildirib. O qeyd edib ki, xarici təzyiqlərə baxmayaraq, Moskva ilə Pekin arasındakı iqtisadi və siyasi əlaqələr inkişaf etməyə davam edir.
Si Cinpin isə Çin və Rusiya arasında “sarsılmaz strateji tərəfdaşlıq” olduğunu vurğulayıb. Çin lideri iki ölkənin qarşılıqlı siyasi etimadı dərinləşdirdiyini və əməkdaşlığı genişləndirməyə davam etdiyini deyib.
Danışıqlarda Yaxın Şərqdəki vəziyyət, Ukrayna müharibəsi və enerji təhlükəsizliyi məsələlərinin də müzakirə olunduğu bildirilir. Si Cinpin Yaxın Şərqdə atəşkəsin vacibliyini vurğulayaraq münaqişələrin genişlənməsinin arzuolunmaz olduğunu qeyd edib.
Səfər çərçivəsində iqtisadiyyat, enerji, təhsil və turizm sahələrini əhatə edən təxminən 40 əməkdaşlıq sənədinin imzalanması gözlənilir.
Görüş Donald Trampın Çinə son səfərindən bir neçə gün sonra baş tutub və beynəlxalq siyasi gündəmdə diqqətlə izlənilir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
05 fevral 2026, Cümə axşamı
Pekin Kremli “strateji tələ”yə salmağı bacarıb: Rusiya Çinin “gizli işğal” taktikasına məğlub olur
Şərhlər (0)



