Həyat yoldaşı Makronu aktrisa ilə yazışmalarına görə şillələyibmiş

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron arasında ötən il Vyetnama səfər zamanı baş verən və geniş müzakirələrə səbəb olan “şillə” hadisəsi ilə bağlı yeni iddialar üzə çıxıb.
"Bu barədə “Daily Mail” məlumat yayıb. Məlumata görə, fransalı jurnalist Florian Tardifin “Demək olar ki ideal cütlük” adlı yeni kitabında hadisənin arxa planı ilə bağlı diqqətçəkən iddialar irəli sürülüb.
Tardifin sözlərinə görə, Bricit həyat yoldaşının telefonunda iranlı aktrisadan gələn mesajı gördükdən sonra gərginlik yaşanıb.
Jurnalist iddia edib ki, Makronla həmin aktrisa arasında bir neçə ay davam edən “platonik münasibət” olub və Makron ona “sizi çox gözəl hesab edirəm” kimi mesajlar göndərib.
Florian Tardif açıqlamasında bu məlumatları prezidentə yaxın mənbələrdən eşitdiyini bildirərək kitabında yer alan bütün iddiaların faktlara əsaslandığını vurğulayıb.
Xatırladaq ki, hadisə ilk dəfə gündəmə gələndə Emmanuel Makron yayılan görüntülərin böyüdülməməli olduğunu və xanımı ilə zarafatlaşdığını demişdi. (Qafqazinfo)
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
22 aprel 2026, Çərşənbə
Trampın İsfahan imtahanı - Vyetnamı 5 aya “götürə bilərdi”, amma 2 aydır İrana girə bilmir
22 dekabr 2025, Bazar ertəsi
Ankara Avropanı qabaqlayır, sülh masasına yerləşir: ABŞ isə "güclü Türkiyə - güclü NATO" modelinə keçid edir
Şərhlər (0)

