Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Moskvada mobil internet 1 günlük tam söndürüləcək

Moskvada mobil internet 1 günlük tam söndürüləcək

07 may 2026, Cümə axşamı
1
0
Moskvada mobil internet 1 günlük tam söndürüləcək
 
Mayın 9-da Moskvada mobil internet, o cümlədən SMS xidməti tamamilə məhdudlaşdırılacaq.
 
Bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
 
Bu qərar Rusiya paytaxtında Qələbə Günü ilə bağlı keçiriləcək tədbirlərə görə verilib.
 
“Evlərdə internet və Wi-Fi isə heç bir məhdudiyyət olmadan adi rejimdə işləməyə davam edəcək”, - nazirliyin bəyanatında deyilir.
 
Bununla yanaşı qeyd olunub ki, mayın 7-8-də Moskvada mobil internetin məhdudlaşdırılması planlaşdırılmasa da, təhlükəsizlik təhdidləri yarandığı təqdirdə operativ məhdudiyyətlər tətbiq oluna bilər.
Şərh yaz
Şərhlər (0)