Türkiyə Qəzzaya xilasedicilər göndərə bilər

Türkiyə Qəzza sektoruna hərbi müşahidəçilər, axtarış-xilasetmə və mühəndis-istehkam bölmələri göndərə bilər.
“Qafqazinfo” “Türkiye” qəzetinə istinadən xəbər verir ki, onların Qəzzada yaradılması planlaşdırılan “Sabitlik qüvvələri”inin tərkibində xidmət edəcəyi gözlənilir.
“Türkiyənin bu qüvvələrdə təmsil olunması ilə bağlı məsələ bu həftənin sonunadək dəqiqləşə bilər”, - nəşr qeyd edir.
Qəzetin məlumatına görə, Qəzzadakı qüvvələrin tərkibinə regionda təhlükəsizliyi təmin edəcək Türkiyə hərbçilərinin də göndərilməsi mümkündür. Lakin bildirilib ki, ilkin ehtimallara görə, bununla Misir, Pakistan və Azərbaycanın kontingentləri məşğul olacaq.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin Azərbaycandan Qəzzada yaradılması planlaşdırılan “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş etdiyi barədə məlumat yayılmışdı.
Daha çox xəbər:
21 oktyabr 2025, Çərşənbə axşamı
Qəzzada təhlükəsizliyi Türkiyə, Azərbaycan, Misir və İndoneziya təmin edəcək - KİV
01 noyabr 2025, Şənbə
Ərdoğanın yeni hərbi doktrinası qlobal güc balansını pozur: Türkiyə dünya təhlükəsizlik sisteminin mərkəzinə çevrilir
04 noyabr 2025, Çərşənbə axşamı
ABŞ BMT-yə Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsinə dair qətnamə təqdim edib
Şərhlər (0)

