Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Kallas Azərbaycana gəldi

Kallas Azərbaycana gəldi

05 may 2026, Çərşənbə axşamı
0
0
Kallas Azərbaycana gəldi
 
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallas Azərbaycana səfərə gəlib.
 
Bu barədə məlumatı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi yayıb.
 
“Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunam. Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var. Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi bizim ortaq strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq”, - deyə Kallas bildirib. 
Şərh yaz
Şərhlər (0)