Ərdoğan: Brüssel anlamalıdır ki, Ankarasız qlobal oyunçuya çevrilə bilməzlər

Brüssel bilməlidir ki, Türkiyənin tamhüquqlu üzvü olmadığı Avropa İttifaqı (Aİ) qlobal oyunçuya və ya ağırlıq mərkəzinə çevrilə bilməz.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Son zamanlar Avropa tərəfinin Türkiyənin qitədəki mövqeyi ilə bağlı başlatdığı müzakirələrin şahidi oluruq. Vəziyyəti aydınlaşdırmağa məcburuq: məsələ bu gün Ankaranın mövqeyində deyil, Brüsselin gələcək dünyada harada yer almaq istədiyindədir. Artıq aydın olmalıdır ki, Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ qlobal oyunçuya və ya ağırlıq mərkəzinə çevrilə bilməz”, —Ərdoğan uzun illərdir Avropaya inteqrasiya prosesi ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Ərdoğan əlavə edib ki, bu gün artıq Avropanın Türkiyəyə olan ehtiyacı daha çoxdur və sabah bu ehtiyac daha da artacaq. “Lakin bunun üçün Aİ-nin Türkiyəyə qarşı strateji uzaqgörənliyi çatışmır. Lakin Brüsseldə unutmamalıdırlar ki, Türkiyə artıq əvvəlki ölkə deyil və dünya da əvvəlki kimi yalnız Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır”, - o əlavə edib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
01 noyabr 2025, Şənbə
Ərdoğanın yeni hərbi doktrinası qlobal güc balansını pozur: Türkiyə dünya təhlükəsizlik sisteminin mərkəzinə çevrilir
11 mart 2026, Çərşənbə
İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
Şərhlər (0)


