Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma baş verib

ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Ev yaxınlığında polis əməkdaşlarının iştirakı ilə atışma baş verib.
İnsident zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi yaralayıb.
Lakin onun vəziyyəti ilə bağlı dəqiq məlumat açıqlanmayıb.
Hadisə zamanı ərazi dərhal mühasirəyə alınıb, təhlükəsizlik tədbirləri gücləndirilib.
Bir müddət sonra ətraf küçələrdə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Qeyd edək ki, insident ABŞ Prezidenti Donald Trampın çıxışı zamanı baş verib.
Rəsmi mənbələr dövlət başçısının təhlükəsiz ərazidə olduğunu bildirib.
Qeyd edilir ki, bu, son bir ay ərzində paytaxtda baş verən ikinci oxşar hadisədir.(apa)
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
06 mart 2026, Cümə
Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
13 aprel 2026, Bazar ertəsi
Polisdən son əməliyyatlar - 2 günə onlarla cinayət açıldı, narkotik və axtarışda olan şəxslər saxlanıldı
Şərhlər (0)

