Trampdan İsrail prezidentinə xahiş: Netanyahunu əfv et

ABŞ Prezidenti Donald Tramp İsrail prezidenti İsaak Hersoqdan Baş nazir Benyamin Netanyahunu əfv etməsini istəyib.
İsrail dövlət televiziyası “Kan” xəbər verir ki, Donald Tramp davam edən məhkəmə prosesləri fonunda növbəti dəfə İsrail prezidenti İsaak Hersoqa müraciət edib.
"Tramp yenidən prezident Hersoqu Benyamin Netanyahunu əfv etməyə çağırıb", - “Kan”ın məlumatında qeyd olunub.
Amerika lideri Netanyahunu "müharibə dövrünün baş naziri" adlandırıb.
Qeyd edək ki, Tramp bundan öncə də İsrail prezidentinə belə bir xahişlə müraciət edib. Lakin İsrail Prezidenti İsaak Herzoq ABŞ prezidenti Donald Trampın israrlı xahişinə baxmayaraq, Baş nazir Binyamin Netanyahunu əfv etmək niyyətində deyil.
İsrail prezidenti əfv xahişinə cavab olaraq, Baş nazirdən təqsirini etirafı olan məktub tələb edir.
“Bu tələb isə hələ o demək deyil k, Hersoq onu əfv edəcək. Prezident bu məsələni prokurorluq vəkillərlə müzakirəyə çıxarıb, daha sonra qərar verəcək. Buna qədərsə, o, açıq şəkildə günahların etirafı olan və sonunda səhvi boynuna alaraq üzr istənilməsi tələb edilən məktubu istəyir. Əgər bu məktub olmasa, əfv variant ümumiyyətlə, gündəmdən çıxarılacaq”, - İsrail mediası yazıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
10 fevral 2026, Çərşənbə axşamı
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN
Şərhlər (0)
