İranın Qafqaz planı: Türkiyəyə “yox”, Ermənistana dəstək

Cənubi Qafqazda geosiyasi balansla bağlı yeni qiymətləndirmə səsləndirilib.
Rusiya mənşəli hərbi analitik, bloqer və “Colonelcassad” kimi tanınan Boris Rojin bölgədə İranın maraqları barədə danışıb.
Onun sözlərinə görə, Tehran Cənubi Qafqazda Türkiyənin təsirinin artmasında maraqlı deyil və bu istiqamətdə balans siyasəti yürütməyə çalışır. Ekspert qeyd edib ki, İran Ermənistanın ərazi bütövlüyünün qorunmasını prioritet hesab edir və bu ölkənin zəifləməsi, parçalanması və ya Azərbaycan tərəfindən “udulması” ssenarilərində maraqlı deyil.
Rojin bildirib ki, İran tərəfi dəfələrlə Ermənistanın cənubunda sərhədlərin dəyişdirilməsi cəhdləri ilə bağlı Azərbaycan ünvanına xəbərdarlıqlar edib. Bu, Tehranın regionda status-kvonun qorunmasına yönəlmiş siyasətinin bir hissəsi kimi qiymətləndirilir.
Bununla yanaşı, ekspert vurğulayıb ki, İran ilə Türkiyə arasında müəyyən ortaq maraqlar da mövcuddur. Onun sözlərinə görə, hər iki ölkə müstəqil Kürd dövlətinin yaradılmasına qarşıdır. Bundan əlavə, Ankaranın son dövrdə İsrail əleyhinə ritorikasının sərtləşməsi də Türkiyə ilə İran arasında yaxınlaşma yaradan amillərdən biri kimi göstərilir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
14 mart 2026, Şənbə
Türk Dünyasının “hərbi yumruğu” düyünlənir: NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır
23 mart 2026, Bazar ertəsi
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"nı kim hakimiyyətə gətirir
18 dekabr 2025, Cümə axşamı
Rusiya Zəngəzuru Ermənistanın əlindən almaq istəyir: Qafqazda beş ölkə arasında savaş təhlükəsi artır
Şərhlər (0)

