"Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb

ABŞ danışıqlar prosesində yaranmış çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün İrana qarşı endirilə biləcək qısa və güclü zərbələr dalğası planını hazırlayıb.
Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Vaşinqton İranın təklif etdiyi və ona uyğun olaraq ABŞ ilə danışıqlar aparmağa hazır olduğu üçmərhələli planı faktiki olaraq rədd edib. "Tramp İranın Hörmüz boğazını açmaq, blokadanı ləğv etmək və nüvə proqramı üzrə danışıqları təxirə salmaq təklifini rədd edir", - məqalədə bildirilib.
Mənbələrin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana, o cümlədən mülki infrastruktur obyektlərinə qısa və güclü zərbələr dalğası planını hazırlayıb. Zərbələr endirildikdən sonra ABŞ danışıqlar masasına qayıtması və daha çox çeviklik nümayiş etdirməsi üçün İran rəhbərliyinə təzyiq göstərməyi nəzərdə tutur.
Portalın yazdığına görə, Tramp hazırkı mərhələdə dəniz blokadasını Tehrana təzyiqin əsas vasitəsi kimi nəzərdən keçirir, hərbi əməliyyatlar ehtimalını da istisna etmir.(report)
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
06 mart 2026, Cümə
Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
22 noyabr 2025, Şənbə
Avropa ölkələri ABŞ-Rusiya tandeminə “savaş” açır: Yeni “Tramp-Putin planı” da iflasa uğrayacaq
24 dekabr 2025, Çərşənbə
Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ-a bağlı terrorçuları “ovlayır”
Şərhlər (0)

