Tramp İran üzərində qələbə elan edə və müharibəyə son qoya bilər - Reuters

ABŞ kəşfiyyatı və Ağ Ev rəsmiləri Donald Trampın İran üzərində qələbəsini elan etməsi və müharibəyə son qoyması ssenarisini araşdırırlar.
Bu barədə “Reuters”ə tanış mənbələr məlumat verilib.
Nəşrin yazdığına görə, kəşfiyyat agentliyi təhlili ABŞ administrasiyasının yüksək vəzifəli rəsmilərinin xahişi ilə aparır və məqsədi İranın Trampın belə bir mümkün addımına necə reaksiya verəcəyini proqnozlaşdırmaqdır.
Bir sıra rəsmilər onu neft və benzin qiymətlərinin artmasına səbəb olan müharibənin qarşıdan gələn aralıq konqres seçkilərində respublikaçılar üçün böyük itkilərə səbəb ola biləcəyinə inandırırlar.
Tramp İranla bağlı növbəti addımı atmaq barədə hələlik yekun qərar verməyib. “Reuters” bildirib ki, İranın hərbi və siyasi liderlərinə qarşı yeni hava hücumları da daxil olmaqla, hərbi əməliyyatların daha da şiddətlənməsi mümkündür.
“Ən iddialı ssenari quru işğalı getdikcə daha az ehtimal olunur və Trampa müharibəni dayandırmaq üçün göstərilən siyasi təzyiq böyükdür”, - nəşr qeyd edib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
06 noyabr 2025, Cümə axşamı
Trampın “dəli rəqibi” ölkənin siyasi sistemini dəyişir: Keçmiş SSRİ-ni dağıdan ABŞ “kommunizm kabusu”na sürüklənir
17 noyabr 2025, Bazar ertəsi
Vaşinqtonda Epşteyn "zəlzələsi" - Tramp 20 min sənədin açılmasına qərar verdi
Şərhlər (0)

