Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Polşanın Baş naziri Donald Tusk "Financial Times" qəzetinə verdiyi müsahibədə Rusiyanın NATO ölkələrinə qarşı mümkün hərbi təcavüzü ilə bağlı dəhşətli xəbərdarlıq səsləndirib.
Tusk Alyansın şərq cinahı üçün təhlükənin artıq uzaq gələcəkdə deyil, çox qısa müddət ərzində reallaşa biləcəyini vurğulayıb. Polşa hökumət başçısının sözlərinə görə, təhdid olduqca ciddidir və söhbət illərdən deyil, yaxın aylardan gedir.
Müsahibə zamanı Tusk NATO və ABŞ-ın hücum vəziyyətində Avropanı müdafiə etmək öhdəliklərini real olaraq yerinə yetirməyə hazır olub-olmadıqlarını da şübhə altına alıb. O, NATO Nizamnaməsinin 5-ci maddəsinin hələ də qüvvədə olduğuna inanmaq istədiyini, lakin bəzən bu barədə ciddi suallarının yarandığını etiraf edib.
Baş nazir qeyd edib ki, Avropaya yalnız kağız üzərindəki təminatlar deyil, real hərbi qüvvələr, güclü loqistika və sərt cavab vermək hazırlığı lazımdır. Bu açıqlama Avropada təhlükəsizlik memarlığının gələcəyi ilə bağlı müzakirələri yenidən alovlandırıb və hərbi hazırlıqların artırılması zərurətini gündəmə gətirib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
29 dekabr 2025, Bazar ertəsi
Qərb üçün "80 illik sülh dövrü" artıq bitir: NATO "Rusiya ilə savaş ili"nə girir
20 dekabr 2025, Şənbə
Trampın “qoca qitə”yə bağlı SENSASİON planı: ABŞ Avropa Birliyini niyə parçalamağa çalışır
01 dekabr 2025, Bazar ertəsi
Kreml NATO ilə "böyük savaşı" rəsmən anons etdi: Qərbdə dərhal Rusiya ilə qaçılmaz müharibənin gerisayımı başladı
30 oktyabr 2025, Cümə axşamı
Rus general Kremlə “böyük fəlakət” xəbərdarlığı etdi: Rusiya yeni “savaş modeli”nin ilk hədəfi olacaq
Şərhlər (0)
