Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı

Ukrayna Aİ-nin 90 milyard avroluq dəstək paketinin ilk hissəsini Silahlı Qüvvələrə ayırmaq niyyətindədir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"da bildirib.
O bildirib ki, bura silah və hava hücumundan müdafiə sistemlərinin alınması, eləcə də qışa hazırlıq daxildir.
Ukrayna lideri yazıb: "Bu vəsait ordumuz üçün nəzərdə tutulub və biz onunla silah, xüsusən də hava hücumundan müdafiə sistemləri almaq üçün istifadə etməyə hazırıq. Bu maliyyələşdirmə həmçinin qışa hazırlaşmağımıza kömək edəcək və enerji sistemimizi qorumaq üçün işlər artıq başlayıb. Avropa fondları da dəstək verəcək".
Zelenski Kiyevin ilk tranşın mümkün qədər tez bir zamanda ayrılmasını gözlədiyini vurğulayaraq, bütün Avropa liderlərinə Ukraynaya və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə dəstəklərinə görə təşəkkür edib.
Dövlət başçısı əlavə edib ki, xüsusən də amerikalıların bəzilərini yumşaltdığını nəzərə alsaq, sanksiyaların sərtləşdirilməsi düzgün addımdır.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
14 noyabr 2025, Cümə
"Ukrayna sindromu" Qərbi iflic edir, Avropada sabitliyi pozur: ABŞ geri çəkilsə də, Rusiya qlobal savaşın vaxtını belə, artıq təyin edib
13 dekabr 2025, Şənbə
ABŞ Rusiyanı da Ukrayna ilə eyni “labirintə” salır: Zelenskidən istefa, Putindən güzəşt tələb olunur
Şərhlər (0)

