Bu dəfə Melonini təhqir edib - Diplomatik qalmaqal yaratdı

Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
“Buna rusiyalı jurnalist Vladimir Solovyovun “Соловьев Live” kanalında İtaliyanın Baş naziri Corciya Meloninin ünvanına səsləndirdiyi təhqirlər səbəb olub.
Belə ki, Solovyov canlı efirdə çıxışı zamanı Meloninin ünvanına “faşist”, “xəyanətkar” kimi ifadələr işlədib: “Bu Meloni seçicilərini satmış faşistdir, çünki hakimiyyətə tamamilə başqa şüarlarla gəlmişdi. Xəyanət onun ikinci adıdır. O, əvvəllər sədaqət andı içdiyi Trampı da satdı”.
İtaliyanın Baş naziri də jurnalistin çıxışına reaksiya verib.
“Öz təbiəti etibarilə rejim təbliğatçısı olan biri azadlıq dərsi keçə bilməz. Lakin bu karikaturalar, şübhəsiz ki, bizi kursumuzdan döndərməyəcək. Biz, başqalarından fərqli olaraq, nə iplərə bağlıyıq, nə ağalarımız var, nə də əmr alırıq. Kompasımız təkdir: İtaliyanın maraqları”, - o, sosial şəbəkə hesabında yazıb.
Nazir bu cür çıxışların onu tutduğu yoldan döndərə bilməyəcəyini deyib.
Xatırladaq ki, Solovyovun daha əvvəl səsləndirdiyi ifadələrə görə Rusiyanın Ermənistandakı səfirinə dəfələrlə nota təqdim edilib. Bundan başqa, rusiyalı jurnalist işlətdiyi sözlərə görə Azərbaycandan dəfələrlə üzr istəməli olub.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
14 yanvar 2026, Çərşənbə
Cənubi Qafqaza ABŞ gəlir, Rusiya gedir: Kremlin təhdid etdiyi İrəvan Türkiyəyə üz tutur
Şərhlər (0)


