Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi

Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi

22 aprel 2026, Çərşənbə
0
0
 
Pakistan Silahlı Qüvvələri yerli imkanlarla hazırlanan havadan buraxılan yeni qanadlı raketini uğurla sınaqdan keçirərək ölkənin dəniz hücum qabiliyyətini nümayiş etdirib.
 
Bu barədə ölkənin hərbi rəhbərliyi məlumat yayıb.
 
Ordunun rəsmi açıqlamasına görə, yerli istehsal olan “Taimoor” raketi düşmən gəmilərini uzaq məsafədən məhv etmək üçün nəzərdə tutulmuş müasir gəmiəleyhinə silah sistemidir.
 
Pakistan ordusu dəniz təhlükəsizliyinin gücləndirilməsi və ölkənin suveren sularının qorunması istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.
 
Bu uğurlu sınaq ölkənin yerli müdafiə sənayesinin inkişafında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Şərh yaz
Şərhlər (0)