Kiyevdən Ankaraya ilginc təklif: Zelenski ilə Putinin görüşünü təşkil et

Rəsmi Kiyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilməsi üçün Ankaraya müraciət edib.
Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Ukraynalı nazir Sibiqa əlavə edib ki, Kiyev Zelenski ilə Putin arasında görüşün Türkiyədə təşkil edilməsi istəyir.
Ukraynalı nazir onu da əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi bir zirvə görüşü planlaşdırdırılır:
"Biz Türkiyəyə müraciət edərək, Prezident Zelenski ilə Putin arasında, Prezident Ərdoğan və Trampın potensial iştirakı ilə görüş keçirmək imkanını nəzərdən keçirdik. Biz bu görüşə hazırıq. Yeganə problem Putindir. Ukrayna Prezidenti də belə bir görüşə hazırdır. Biz bu müharibəyə son qoymaq istəyirik. Bizim effektiv təkliflərimiz var. Türkiyənin sülh prosesinin sürətləndirilməsində və ona töhfə verməsindəki roluna ümid edirik".
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
16 dekabr 2025, Çərşənbə axşamı
Ərdoğan Tramp-Putin tandemini pozur: Türkiyə Ukrayna savaşında əsas orbitrə çevrilir
Şərhlər (0)

