Xüsusi təyinatlılar boş məbədə hücum etdi - Bild

Almaniyanın Mörs şəhərində xüsusi təyinatlı polis qüvvələri silahlı cinayətkarın saxlanılması məqsədilə siqh məbədinə hücum təşkil edib, lakin axtarılan şəxs binada tapılmayıb.
Bu barədə Bild nəşri məlumat yayıb.
"Hadisə yerinə Düsseldorf polisinin xüsusi təyinatlı dəstələri cəlb olunub, ərazi üzərində polis helikopteri dövrə vurub. Daha sonra həyəcan siqnalı ləğv edilib: silahlı şəxs aşkar olunmayıb", — deyə nəşr qeyd edir.
Məlumata görə, hücumdan əvvəl icma ərazisində təxminən 40 nəfərin iştirakı ilə silahlı münaqişə baş verib. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onların əksəriyyətində baş nahiyəsinin travmaları qeydə alınıb.
Münaqişənin ilkin səbəbi kimi məbədə məxsus pul vəsaitləri üstündə yaranan mübahisə göstərilir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
06 mart 2026, Cümə
Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
11 dekabr 2025, Cümə axşamı
“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib” - General məhkəməyə gəldi
Şərhlər (0)


