Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…

Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…

17 aprel 2026, Cümə
1
0
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
 
Bəli, biz bir çox sahələrdə mafiya ilə mübarizə aparırıq və bu mafiya hər yerə metastaz verib.
 
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
 
"Bu metastazlar Milli Məclisdə, Hökumətdə, prokurorluqda, məhkəmələrdə, istintaq orqanlarında və s.  yerlərdədir. Biz gərək cərrahi İndi əməliyyat yoluna müraciət etməliyik. Kimyaterapiya artıq istənilən effekti vermir",-Paşinyan  deyib.
 
Müxalifətin hərəkətinə əsəbləşən Paşinyan  çıxışında  özünü itirərəkndeyib: "Bəsdir! Biz nə vaxta qədər insanların əsəblərini sındırmağa davam edə bilərik?" 
 
Müxalifət müharibə gətirəcəyini qeyd edən Paşinyan əlavə edib ki, xalqımızın onlara səs verməsi üçün heç bir səbəbi yoxdur. “Bu qüvvələrdən hər hansı birinə səs vermək özlərinə qarşı səs vermək deməkdir”, - o qeyd edib.
 
Paşinyan sonda bu qüvvələri Nuhun gəmisinə yerləşdirməyi və onları dünya tarixi okeanına açıq səyahətə göndərməyi təklif edib.
Şərh yaz
Şərhlər (0)