Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Türkiyədə məktəbə silahlı hücum - 13 yaralı

Türkiyədə məktəbə silahlı hücum - 13 yaralı

14 aprel 2026, Çərşənbə axşamı
2
0
Türkiyədə məktəbə silahlı hücum - 13 yaralı
 
Türkiyənin Şanlıurfa əyalətində məktəbə silahlı hücum olub.
 
 Türkiyə KİV xəbər verir ki, hadisə Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verib.
 
İlkin məlumata görə, hadisə nəticəsində 13 nəfər yaralanıb.
 
Hücumu məktəbin şagirdlərindən birinin həyata keçirdiyi məlum olub.
 
Silahlı hücumdan sonra əraziyə təcili tibbi yardım, polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub.
 
Bildirilir ki, bəzi şagirdlər hücumdan xilas olmaq üçün pəncərədən tullanıblar. Təhlükəsizlik qüvvələri məktəbdə olan şagirdlərin böyük hissəsini təxliyə edib.
Şərh yaz
Şərhlər (0)