Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Makrona qarşı etimad reytinqi tarixi minimumda

Makrona qarşı etimad reytinqi tarixi minimumda

31 oktyabr 2025, Cümə
3
0
Makrona qarşı etimad reytinqi tarixi minimumda
 
Fransa Prezidenti Emmanuel Makronun fəaliyyətinin təqdir edilməsi səviyyəsi rekord dərəcədə aşağı düşərək cəmi 11% təşkil edib.
 
"Bu barədə məlumat "Verian" tədqiqat şirkətinin apardığı sorğunun nəticələrində yer alıb.
 
Sorğuya əsasən, bu göstərici son bir ayda 5% azalıb. Respondentlərin 84%-i Makronun fəaliyyətini mənfi qiymətləndirib, 5%-i isə cavab verməkdə çətinlik çəkib.
 
Beləliklə, Makron öz sələfi Fransua Ollandın antirekordunu təkrarlayıb. 2016-cı ilin sentyabrında Ollandın etimad reytinqi də 11% təşkil etmişdi və bu, 1970-ci illərdən bəri aparılan bu tip sorğular arasında ən aşağı göstərici sayılırdı.(oxu.az)
Şərh yaz
Şərhlər (0)