İran: ABŞ-la danışıqlar baş tuta bilər, amma...

ABŞ ilə danışıqların ikinci mərhələsi mümkündür, amma Tehranın da şərtləri var.
Bunu İranın Hindistandakı səfiri Məhəmməd Fəthali PTI-yə açıqlamasında deyib.
İranlı diplomat deyib ki, Tehran Vaşiqntonla ikinci danışıqlar raundunu istisna etmir, lakin yalnız Vaşinqtonun İranın şərtlərini qəbul etdiyi təqdirdə mümkün ola bilər.
Onun sözlərinə görə, İslamabadda keçirilən danışıqlar zamanı Tehran nüvə məsələsi, müharibə təzminatı və sanksiyaların ləğvi ilə bağlı tələblər irəli sürüb. Səfirin sözlərinə görə, Amerika tərəfi "heç bir hüquqi əsası olmayan" şərtlərdə israr edir. Fəthali vurğulayıb ki, İran sülhə və danışıqlara hazır olduğu kimi, müharibəyə də hazırdır.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
07 noyabr 2025, Cümə
Qlobal nüvə savaşının "başlanma şifrələri" dəyişdi: Dünya artıq "qarşılıqlı məhv" mərhələsinə daxil olur
Şərhlər (0)



