İran nümayəndə heyəti ABŞ ilə danışıqlara gedir

İran nümayəndə heyəti bu gün axşam saatlarında ABŞ ilə danışıqlarda iştirak etmək üçün İslamabada gedəcək.
“Bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Səfir İsrail tərəfinin diplomatik təşəbbüsü pozmaq məqsədilə atəşkəs rejimini dəfələrlə pozması səbəbindən İran cəmiyyətində şübhələrin olmasına baxmayaraq, nümayəndə heyətinin Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə İslamabada səfər edəcəyini açıqlayıb.
“Nümayəndə heyəti bu axşam İranın təklif etdiyi 10 bənd əsasında ciddi danışıqlar aparmaq üçün İslamabada gəlir”, - paylaşımda deyilir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)


