ABŞ pilotun xilas olunmasına Delta Force bölməsini göndəribmiş
İran tərəfindən vurulan Amerika qırıcı təyyarəsinin ikinci pilotunun xilas edilməsi əməliyyatında Elite Delta Force və Navy SEAL bölmələri iştirak edib.
Məlumatı CNN məsələ ilə tanış olan mənbəyə istinadən yayıb. Mənbənin sözlərinə görə, onlar ABŞ Hərbi Hava Qüvvələri polkovnikini xilas etmək missiyasının hazırlanmasında, xilas edilməsində və İran ərazisindən təxliyəsində iştirak edən yüzlərlə xüsusi əməliyyat heyəti, eləcə də ABŞ hərbi və kəşfiyyat işçiləri arasında olublar.
Yaralı zabit iki günlük axtarışdan sonra xilas edilib. Onun F-15E Strike Eagle qırıcı təyyarəsi cümə günü İranın cənub-qərbində gecə missiyası zamanı vurulub. İlk pilot tapılıb və həmin gün xilasedicilər tərəfindən İrandan təxliyə edilib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
05 yanvar 2026, Bazar ertəsi
Əməliyyatın ŞOK DETALLARI və FOTOSU yayıldı - Maduronun nəfəsi də izlənib
12 noyabr 2025, Çərşənbə
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib
Şərhlər (0)


