Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » “Azeri Light”ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır

“Azeri Light”ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır

03 aprel 2026, Cümə
2
0
“Azeri Light”ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır
 
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
 
“Azərbaycan neftinin 1 barelinin qiyməti 10,89 ABŞ dolları və ya 8,33 % artaraq 141,68 ABŞ dolları təşkil edib.
 
Qeyd edək ki, ötən gün neftimiz 130,79 ABŞ dollarına ticarət edilib.
 
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
 
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Şərh yaz
Şərhlər (0)