Rusiya Ukraynaya kütləvi zərbələr endirdi: Ölənlər və yaralılar var
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson, Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətlərinə kütləvi zərbələr endirib.
Hücumlar nəticəsində 4 nəfər həlak olub, daha 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Ukrayna mediası vilayət hərbi administrasiyalarının rəhbərlərinə istinadən məlumat yayıb.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, regionda baş verən hücumlar nəticəsində 2 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, Rusiya qoşunları Xarkov şəhərinə və vilayətin 13 yaşayış məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) və idarə olunan aviabombalarla hücum edib. "Bir nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb", - deyə o qeyd edib.
Dnepropetrovsk vilayətində isə 3 rayon atəşə tutulub. Vilayət rəhbəri Aleksandr Qanja "Telegram" kanalında bildirib ki, hücumlar nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Zaporojye vilayətinin rəhbəri İvan Fedorov isə son sutka ərzində 41 yaşayış məntəqəsinə ümumilikdə 956 zərbənin endirildiyini qeyd edib. Zaporojye rayonuna edilən hücum nəticəsində 16 və 19 yaşlı iki gənc xəsarət alıb.
Daha çox xəbər:
06 mart 2026, Cümə
Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
24 dekabr 2025, Çərşənbə
SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
Şərhlər (0)

