Pakistan və Çindən müharibə xəbərdarlığı: Dünyaya elan etdilər

Pakistan və Çin ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədən sonra Yaxın Şərqdə sülh və sabitliyi bərpa etmək üçün "beş maddəlik birgə təşəbbüs" irəli sürüblər.
Bununla bağlı Pakistan Xarici İşlər Nazirliyi sosial media hesabında paylaşım edib.
Bildirilir ki, bu təşəbbüs Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın martıq 31-də Pekində çinli həmkarı Vanq Yi ilə görüş zamanı açıqlanıb.
Görüş zamanı Yaxın Şərqdəki hadisələri müzakirə edən tərəflər hərbi əməliyyatlara dərhal son qoyulmasını, müharibənin yayılmasının qarşısının alınması üçün səylərin göstərilməsini və müharibədən zərər çəkmiş ərazilərə humanitar yardımın çatdırılmasına icazə verilməsini tələb ediblər.
Münaqişələrin həllinin yeganə yolu dialoq və diplomatiya olduğunu vurğulayan tərəflər, bölgədə sülh və sabitliyi bərpa etmək üçün "5 maddəlik birgə təşəbbüs" barədə razılığa gəliblər.
Beş maddəlik təşəbbüs isə bunlardır: Hərbi əməliyyatların dərhal dayandırılması; sülh danışıqları mümkün qədər tez başlaması; mülki əhalinin qorunması; naviqasiya marşrutlarının təhlükəsizliyinin təmin edilməsi; BMT Nizamnaməsinə riayət edilməsi.
Tərəflər eyni zamanda İranın və digər Körfəz ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın, mülki şəxslərə və vacib infrastruktura hücumlara son qoymağın vacibliyini vurğulayıblar.
Mülki və ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verilməsini tələb edən tərəflər, həmçinin BMT Nizamnaməsi və beynəlxalq hüquqda müəyyən edilmiş prinsiplər çərçivəsində davamlı sülhə yönəlmiş razılaşmanın dəstəklənməsini istəyiblər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
05 fevral 2026, Cümə axşamı
Pekin Kremli “strateji tələ”yə salmağı bacarıb: Rusiya Çinin “gizli işğal” taktikasına məğlub olur
Şərhlər (0)


