Tehran qaranlığa qərq oldu – yüz minlərlə insan küçələrə axışdı
Tehranın enerji infrastrukturu hədəfə alınıb, şəhərin böyük hissəsi işıqsız qalıb.
ABŞ və İsrail ordusunun endirdiyi zərbələr nəticəsində paytaxtın müxtəlif rayonlarında elektrik enerjisinin verilişi dayanıb və vəziyyət getdikcə daha da gərginləşir.
Məlumata görə, zərbələr əsasən enerji obyektlərinə yönəlib və bu səbəbdən Tehranın geniş ərazilərində qaranlıq hökm sürür. Şəhərdə həyatın normal axarı pozulub, kommunikasiya və digər xidmətlərdə də fasilələr yaranıb.
Hadisələr fonunda yüz minlərlə şəhər sakini küçələrə və meydanlara çıxaraq etiraz aksiyalarına başlayıb.
Hazırda paytaxtda vəziyyət gərgin olaraq qalır, küçələrdə izdiham davam edir və etiraz dalğasının daha da genişlənəcəyi istisna edilmir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
25 noyabr 2025, Çərşənbə axşamı
Nüvə enerjisinin qaranlıq mirası: Təhlükəli tullantılar harada və necə saxlanılır?
Şərhlər (0)
