Çin İranı bu məqsədlə qurban verir: Tayvanla müharibəsi

Çin ordusu gələcək münaqişələr üçün dərs çıxarmaq məqsədilə ABŞ-ın İrana qarşı mühariəsini diqqətlə öyrənir. Pekin İran müharibəsindən Tayvanla potensial münaqişə üçün istifadə etmək istəyir.
“Bloomberg” xəbər verir ki, Pekin ABŞ-ın Hind-Sakit Okean bölgəsindən resursları və diqqəti Yaxın Şərqə yönəltməsindən məmnun ola bilər. Nəşrin yazdığına görə, Rusiya neft qiymətlərinin artması və sanksiyaların yumşaldılmasından əlavə fayda əldə etdikdən sonra bu müharibə ABŞ-ın ikinci rəqibinə fayda verir.
Nəşr qeyd edib ki, Si Cinpin ABŞ-ı birbaşa tənqid etmir. Lakin Çin tərəfi artıq Vaşinqtonun imkanlarına reaksiya verir. Xüsusilə, nüfuzlu Çin şərhçisi Hu Sicin qeyd edib ki, Yaxın Şərqdəki müharibə onilliklər ərzində davam edən sanksiyalar nəticəsində zəifləmiş ABŞ-ın İrana qarşı hərbi imkanlarını nümayiş etdirib.
"Bəzi Amerika elitalarının hələ də Tayvan boğazında Çinlə döyüşmək barədə təkəbbürlə danışması həqiqətən gülməlidir", - deyə o yazıb.
Qeyd olunur ki, ABŞ öz sursat ehtiyatlarını sürətlə tükəndirir və bu da Çin üçün müsbət haldır. Xüsusilə, Amerika qüvvələri İran hücumlarına qarşı durmaq üçün bahalı, dəyişdirilməsi çətin olan raket tutucularının ehtiyatlarını xərcləmək məcburiyyətində qalıblar. Ucuz “Şahid-136” dronları isə ABŞ və müttəfiqlərini əsasən daha mürəkkəb silahlara qarşı durmaq üçün hazırlanmış müdafiə sistemlərindən istifadə etməyə vadar edib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
10 mart 2026, Çərşənbə axşamı
İran müharibəsi: ABŞ dollarına təhlükə və Trampın ərəb ölkələrinə verdiyi dərs
10 fevral 2026, Çərşənbə axşamı
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN
04 noyabr 2025, Çərşənbə axşamı
ABŞ Rusiya və Çin üçün yeni “savaş labirinti” yaradır: NATO isə Avropada “hərbi Berlin divarı”nı bərpa edir
Şərhlər (0)

