Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » İmamoğlu işində İsa Qəmbərin adı çəkildi - Açıqlama

İmamoğlu işində İsa Qəmbərin adı çəkildi - Açıqlama

29 oktyabr 2025, Çərşənbə
3
0
İmamoğlu işində İsa Qəmbərin adı çəkildi - Açıqlama
 
Türkiyədə barəsində “casusluq” ittihamı ilə istintaq aparılan İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun işində Azərbaycanla bağlı hissə də yer alıb.
 
“Qafqazinfo” xəbər verir ki, həmin hissədə deyilir:
 
“Şübhəli şəxs Hüseyn Gün 2005-ci ildə ABŞ-də fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib.
 
Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının sədri olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib”.
 
İsa Qəmbər məsələ ilə bağlı “Unikal”a açıqlama verib: “Mənim haqqımda yazılanlar həqiqətə uyğun deyil. Belə bir şirkətin adını ilk dəfə eşidirəm. Həmin şirkət vasitəsilə guya mənə maliyyə dəstəyi göstərilməsi uydurmadır”.
Şərh yaz
Şərhlər (0)