"The Intercept": ABŞ-ın İranla müharibə xərcləri 1 trilyon dolları keçə bilər

İrana qarşı müharibə uzanarsa, ABŞ hazırkı hərbi xərcləri 1 trilyon arta bilər.
Bu barədə "The Intercept" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, təkcə əməliyyatın ilk iki həftəsində büdcə xərcləri artıq 12 milyard dollara çatıb. Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett təsdiqləyib ki,"ABŞ İsraillə birlikdə İrana zərbələr endirməyə başlayandan bəri təxminən 12 milyard dollar xərcləyib.
Bildirilir ki, əməliyyat uzunmüddətli mərhələyə qədəm qoyarsa, təkcə intensiv raket zərbələri deyil, həm də potensial yerüstü müdaxilə baş verərsə, xərclər trilyon dollar civarında ola bilər.
Analitiklər vurğulayırlar ki, əgər hücumların hazırkı intensivliyi davam edərsə və bahalı raket ehtiyatlarının doldurulması lazım gələrsə, son xərc İraq və ya Əfqanıstandakı kampaniyanın çoxillik xərcləri ilə müqayisə edilə bilər.(Teleqraf)
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
13 mart 2026, Cümə
Tramp niyə “məni aradan götürmək istəyirlər” dedi: Çin və Rusiya ABŞ-ın “savaş bataqlığı”na tam düşməsini gözləyir
16 mart 2026, Bazar ertəsi
Böyük enerji savaşı hələ indi başlayır: Ağ Evin planları alt-üst oldu, ABŞ-ın milyardları "əriyir"
Şərhlər (0)

