ABŞ-nin nəhəng aviadaşıyıcısı ilə bağlı ŞOK İDDİA - 30 saatdan çoxdur ki, YANIR
ABŞ təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford"un heyəti 30 saatdan çoxdur ki, gəmidə baş verən yanğını söndürə bilməyib.
Bu barədə "The New York Times" (NYT) qəzeti göyərtədəki bir neçə dənizçiyə istinadən məlumat yayıb.
Nəşr xatırladıb ki, yanğın gəminin əsas çamaşırxanasında martın 12-də başlayıb. Yanğının söndürülməsində iştirak edən iki nəfər xəsarət alıb, onlarla insan isə dəm qazından zəhərlənib. Onların həyatına təhlükə yoxdur.
Bundan əlavə, yanğın şəxsi əşyalarından əlavə, 600-dən çox dənizçinin çarpayılarını da məhv edib və onlar hazırda "yerdə və masalarda yatmağa məcburdurlar".
"The New York Times" qəzeti əlavə edib ki, "USS Gerald R. Ford" gəmisində 4500 dənizçi və pilot var. Aviadaşıyıcı təxminən 10 aydır ki, səfərdədir.
Martın 12-də ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı Qırmızı dənizdə fəaliyyət göstərən və Yaxın Şərqdə İrana qarşı əməliyyatlarda iştirak edən təyyarədaşıyan gəmidə baş verən yanğın barədə məlumat verib. Daha sonra İran İslam Respublikasının “Xətəm əl-Ənbiyə” Mərkəzi Komandanlığının sözçüsü iddia edib ki, ABŞ hərbi qulluqçuları guya İrana qarşı sonrakı hərbi əməliyyatlardan yayınmaq üçün "USS Gerald R. Ford"da yanğın törədiblər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
13 mart 2026, Cümə
Tramp niyə “məni aradan götürmək istəyirlər” dedi: Çin və Rusiya ABŞ-ın “savaş bataqlığı”na tam düşməsini gözləyir
05 yanvar 2026, Bazar ertəsi
Əməliyyatın ŞOK DETALLARI və FOTOSU yayıldı - Maduronun nəfəsi də izlənib
Şərhlər (0)


