SEPAH: Müharibənin bitməsi Tehrandan asılıdır

ABŞ İrana qarşı regional və beynəlxalq koalisiya qurmaq cəhdlərində uğursuzluğa düçar olub.
“mehr” xəbər verir ki, bunu SEPAH sözçüsü general-mayor Əli Məhəmməd Naeini deyib.
Onun sözlərinə görə, müharibəyə son qoymaq təşəbbüsü İrana məxsusdur. Naeini vurğulayıb ki, münaqişənin bitmə şərtlərini və hərbi əməliyyatların dayandırılma anını İran müəyyən edəcək.
SEPAH generalı bildirib ki,ABŞ-ın Tehrana qarşı geniş beynəlxalq cəbhə yaratmaq strategiyası gözlənilən nəticələri verməyib.
O qeyd edib ki, Vaşinqton müttəfiqlərini birləşdirə və regionda təsirli anti-İran koalisiyası yarada bilməyib.
İran tərəfinin fikrincə, Tehranın hərəkətləri və düşmənlərinin hücumlarına qarşı hərbi reaksiyası güc balansını dəyişdirib.
SEPAH hesab edir ki, mövcud vəziyyət ABŞ-ın bəyan etdiyi məqsədlərə çatmaqda acizliyini göstərir.
Naeini əlavə edib ki, münaqişənin gələcək inkişafı və həlli İranın qərarlarından asılı olacaq. O, Tehranın öz maraqlarına əsaslanaraq hərəkət etməyə davam edəcəyini və müharibənin mümkün sona çatması üçün şərtləri müstəqil şəkildə müəyyən etmək niyyətində olduğunu vurğulayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
18 yanvar 2026, Bazar günü
Gömrük Sahəsinin Qaynar Ürəyi: General-Mayor Vəzir Həsənovun Fədakar Liderliyi
16 mart 2026, Bazar ertəsi
Böyük enerji savaşı hələ indi başlayır: Ağ Evin planları alt-üst oldu, ABŞ-ın milyardları "əriyir"
Şərhlər (0)


