“İranda hakimiyyətinin çöküşünə dair heç bir əlamət yoxdur” - ABŞ kəşfiyyatı

ABŞ kəşfiyyatının hazırladığı son hesabatda ABŞ və İsrailin fevralın 28-dən başlayan genişmiqyaslı hücumlarına baxmayaraq, İran hakimiyyətinin çöküşünə dair hələlik heç bir əlamətin olmadığı bildirilib.
Bu barədə CNN məlumat yayıb.
Nəşr yazır ki, kəşfiyyat məlumatları bombardmanlar nəticəsində Ali Rəhbər və onlarla yüksək rütbəli rəsminin həlak olmasına, ölkənin raket potensialının ciddi zərər görməsinə rəğmən, Tehran hökumətinin hakimiyyətini qorumaq gücünə malik olduğunu göstərir:
“Ağ Ev rəsmiləri hərbi əməliyyatların əsas məqsədinin İranın raket, nüvə və dəniz proqramlarını sıradan çıxarmaq olduğunu vurğulasalar da, Prezident Donald Tramp daha sərt mövqe nümayiş etdirir. O, iranlıları 50 ildir hakimiyyətdə olan “terrorçu rejimi” devirməyə çağırıb və İranın “qeyd-şərtsiz təslim olmasını” tələb edib. Tramp hətta qeyd edib ki, bu təslim olma bəyanatını İran tərəfi yox, məhz özü verəcək”.
Qeyd edək ki, hazırda münaqişənin 13-cü günündə tərəflər arasında həm hərbi, həm də diplomatik mübarizə kəskin şəkildə davam edir.(qafqazinfo)
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
07 noyabr 2025, Cümə
Qlobal nüvə savaşının "başlanma şifrələri" dəyişdi: Dünya artıq "qarşılıqlı məhv" mərhələsinə daxil olur
06 mart 2026, Cümə
Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
19 yanvar 2026, Bazar ertəsi
Türkiyə Ağ Evi Suriya üzərindən "vurur": ABŞ-ın "terror dövləti" layihəsi boşa çıxır
Şərhlər (0)

