"Hizbullah" İsrailə raket YAĞDIRDI - "Dəmir Günbəz" ACİZ QALDI
İsrailin "Dəmir Günbəz" raketdən müdafiə sistemi çərşənbə günü "Hizbullah" tərəfindən atılan 100 raketin yalnız yarısını ələ keçirə bilib.
Bu barədə "The New York Post" qəzeti İsrail Müdafiə Qüvvələrindəki (İDF) mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, İsrail Müdafiə Qüvvələri bu hücuma cavab olaraq Livanda quru əməliyyatı hazırlayır.
Hələlik İsrailin nə qədər ziyan gördüyü və mümkün quru əməliyyatının miqyası barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, martın 2-də gecə saatlarında İsrailin şimal bölgəsi Livandan atəşə tutulub. Hücumun məsuliyyətini "Hizbullah" öz üzərinə götürərək bildirib ki, raketlər İranın ali lideri Əli Xameneinin qətli ilə bağlı cavab xarakteri daşıyıb. Bunun ardınca İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə kütləvi zərbələr endirib.
Daha sonra İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir "Hizbullah"a qarşı hücum əməliyyatının başladığını açıqlayıb və bunun "uzun günlər davam edə biləcəyini" bildirib. Martın 9-da isə İDF-in mətbuat xidməti İsrail qüvvələrinin Livanın cənubunda "Hizbullah"a qarşı məhdud, hədəfə yönəlik quru əməliyyatına başladığını açıqlayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
27 yanvar 2026, Çərşənbə axşamı
Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
06 mart 2026, Cümə
Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
18 noyabr 2025, Çərşənbə axşamı
Rusiyadan ilginc demarş - səfirliyimiz yaxınlığında raket bazası var?
Şərhlər (0)

