Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » İran: Türkiyəyə raket atmamışıq – Araqçi iddiaları təkzib etdi

İran: Türkiyəyə raket atmamışıq – Araqçi iddiaları təkzib etdi

11 mart 2026, Çərşənbə
1
0
 
İran Xarici İşlər Nazirliyi Türkiyəyə raket zərbəsi endirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
İranın xarici işlər naziri Abbas Araqçi türkiyəli həmkarı ilə telefon danışığında Tehranın belə bir addım atmadığını bəyan edib.
 
Nazirin sözlərinə görə, İran Türkiyənin suverenliyinə hörmət edir və onun ərazisinə raket buraxılması barədə iddialar həqiqəti əks etdirmir.
 
Araqçi eyni zamanda bildirib ki, bəzi qüvvələr İranla qonşu ölkələr, xüsusilə də Türkiyə arasında münasibətləri pozmağa çalışır. İran rəsmisi bu cəhdlərin arxasında “sionist rejimin” dayandığını bildirib.
Şərh yaz
Şərhlər (0)