Putindən tapşırıq: Avropaya qaz tədarükünü dayandırın
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya hökumətinə Avropa bazarına qaz tədarükünün dayandırılması məsələsini nəzərdən keçirməyi tapşırmağı planlaşdırır.
Putinin sözlərini Rusiya mediası sitat gətirib.
“Bəlkə indi Avropa bazarına tədarükü dayandırmaq bizim üçün daha sərfəlidir? Açılan yeni bazarlara yönəlib orada möhkəmlənək?” – deyə Putin Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşdən sonra bildirib.
“Onlar (Avropa ölkələri – red.) bir ay sonra Rusiya qazının, o cümlədən mayeləşdirilmiş qazın alınmasına məhdudiyyətlər tətbiq etməyi planlaşdırırlar. Bir ildən sonra isə daha sərt məhdudiyyətlər, hətta tam qadağa tətbiq etmək istəyirlər. Bu vaxt isə yeni bazarlar açılır”, – deyə o əlavə edib.
Putin bildirib ki, məsələni Rusiya şirkətləri ilə birlikdə işləyib hazırlamaq üçün hökumətə tapşırıq vermək niyyətindədir./axar
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
17 yanvar 2026, Şənbə
ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO-nun taleyini həll edir
Şərhlər (0)



