Ukrayna–Rusiya–ABŞ danışıqları Ərəb torpağında – martda həlledici mərhələ
Ukrayna prezidenti Volodimir Zelenski növbəti üçtərəfli Ukrayna–Rusiya–ABŞ formatında görüşün böyük ehtimalla Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəyini açıqlayıb.
Zelenski axşam müraciətində bildirib ki, ukraynalı və amerikalı danışıqlarçılar artıq Cenevrə şəhərində bir araya gəliblər və növbəti mərhələ üçün hazırlıq səviyyəsi artıb. Onun sözlərinə görə, görüşün martın əvvəlində Əbu-Dabi şəhərində baş tutması gözlənilir.
Prezident vurğulayıb ki, əsas məqsəd indiyədək əldə olunan nəticələri real təhlükəsizlik təminatları səviyyəsinə çatdırmaq və liderlər səviyyəsində zirvə görüşünə zəmin hazırlamaqdır.
“Artıq növbəti üçtərəfli format üçün daha çox hazırlıq var. Ümid edirik ki, format martın əvvəlində baş tutacaq. Liderlər səviyyəsində görüş bir çox məsələləri həll edə bilər”, – deyə Zelenski bildirib.
Ukrayna lideri xüsusilə qeyd edib ki, Rusiya kimi personalist idarəçilik sistemində son qərarların birbaşa lider tərəfindən verilməsi danışıqların formatını daha da önəmli edir. Onun fikrincə, məhz liderlər masası real və uzunmüddətli təhlükəsizlik mexanizmlərinin formalaşmasında həlledici rol oynaya bilər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
17 dekabr 2025, Çərşənbə
Əbu-Dabidə İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub - FOTO - YENİLƏNİB
06 fevral 2026, Cümə
Əbu-Dabi-2025-dən Əbu-Dabi-2026-dək: Sülhün bərqərar olunması üçün verilən töhfəyə görə mükafat - VİDEO
10 fevral 2026, Çərşənbə axşamı
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN
Şərhlər (0)

