Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Türkiyədə baş verən zəlzələdə 22 nəfər yaralanıb - FOTO

Türkiyədə baş verən zəlzələdə 22 nəfər yaralanıb - FOTO

28 oktyabr 2025, Çərşənbə axşamı
2
0
Türkiyədə baş verən zəlzələdə 22 nəfər yaralanıb - FOTO
 
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələdə 22 nəfər yaralanıb.
 
 "TRT Haber" xəbər verir ki, bu barədə Balıkesir valisi İsmail Ustaoğlu məlumat verib.
 
Bildirilib ki, yaralanan 22 nəfərdən 4-ü xəstəxanadan evə buraxılıb, digər yaralıların vəziyyəti isə qənaətbəxşdir.
 
Zəlzələ Balıkesirlə yanaşı İzmir, Bursa, İstanbul, Tekirdağ, Kocaeli və Sakarya daxil olmaqla Marmara və Egey bölgəsində də hiss olunub.
 
Bundan əlavə, bölgədə baş verən zəlzələdə can itkisi qeydə alınmasa da, üç bina uçub.
Şərh yaz
Şərhlər (0)