Rusiya Azərbaycanla mədəni körpünü bərpa etməyə çalışır
Moskva və Bakı arasında tamformatlı mədəni əməkdaşlığın bərpasına ciddi əngəllər yoxdur.
Bu sözləri Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
“Tamformatlı mədəni əməkdaşlığa qayıtmamağımız üçün dərin səbəblər yoxdur,” – deyə, Şvıdkoy vurğulayıb.
O, həmçinin xatırladıb ki, Rusiya və Azərbaycan yalnız tarixən deyil, həm də əsrlər boyu davam edən dostluq və sıx ailə əlaqələri ilə bir-birinə bağlıdır. Ortak mənəvi dəyərlər və mədəniyyətlərimiz cəmiyyətlərimiz arasında dialoqun yenidən qurulması üçün möhkəm zəmin yaradır.
Şvıdkoy qeyd edib ki, Rusiya mədəni əməkdaşlıq məsələlərində Azərbaycan tərəfi qədər açıq və hazırdır.
Bu açıqlama iki ölkə arasında mədəni sahədə yeni layihələrin və qarşılıqlı təşəbbüslərin həyata keçirilə biləcəyinə işarə edir.
Daha çox xəbər:
21 oktyabr 2025, Çərşənbə axşamı
Ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz bu gün həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq
27 oktyabr 2025, Bazar ertəsi
Azərbaycan və Qazaxıstan xalqları ortaq türk köklərinə, dilə, mədəniyyətə və dini-mənəvi dəyərlərə malikdirlər
27 oktyabr 2025, Bazar ertəsi
Azərbaycan və Qazaxıstan dostluq və qardaşlıq münasibətlərinə əsaslanan strateji tərəfdaşlardır
22 oktyabr 2025, Çərşənbə
Mehi Həsənov: Ortaq mənəvi dəyərlərə əsaslanan siyasi münasibətlər yeni mərhələdə
Şərhlər (0)

