Putindən GÖZLƏNİLMƏZ ADDIM - Yeni qanun

Rusiya Dövlət Duması mobil rabitə ilə bağlı yeni qanun layihəsini ikinci oxunuşda qəbul edib.
"Yeni qaydalara görə, Federal Təhlükəsizlik Xidməti (FSB) mobil operatorlara konkret abonentin xidmətinin dayandırılması ilə bağlı göstəriş versə, şirkətlər rabitəni dərhal kəsməlidir.
Sənəddə qeyd olunur ki, bu addım milli təhlükəsizliyin qorunması məqsədi daşıyır. FSB-nin müraciəti prezident və hökumət tərəfindən təsdiqlənmiş hallara aid olduqda, operatorlar gecikmədən əlaqəni dayandırmağa borcludur.
Qanuna əsasən, operatorlar FSB-nin tələblərini yerinə yetirdikləri üçün abonent qarşısında məsuliyyət daşımayacaqlar. Yəni xidmətin kəsilməsinə görə şirkətlərə qarşı iddia qaldırmaq mümkün olmayacaq.
Qanun təhlükəsizliklə əsaslandırılsa da, sənəd artıq rabitə hüquqları və şəxsi azadlıqlarla bağlı müzakirələrə səbəb olub. Ekspertlər bu mexanizmin yalnız fövqəladə hallarla məhdudlaşmayacağını istisna etmirlər./Konkret.az
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
Şərhlər (0)


