Zelenski: Rusiyadan iki min ukraynalı uşaq geri qaytarılıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, "Bring Kids Back UA" təşəbbüsü çərçivəsində Rusiyadan ümumilikdə 2 min ukraynalı uşağı geri qaytarmaq mümkün olub.
Zelenski bu barədə öz "Telegram" kanalında məlumat paylaşıb.
"Bu uşaqların hər birinin geri qaytarılması insanlarımızın, ictimai təşkilatların və beynəlxalq tərəfdaşların gündəlik işi sayəsində mümkün olub. Biz uşaqlarımızın, ölkəmizin və bütün dünyanın gələcəyi uğrunda bu mübarizəyə qoşulan hər kəsə minnətdarıq", - Ukrayna lideri yazıb.(report)
Daha çox xəbər:
13 dekabr 2025, Şənbə
ABŞ Rusiyanı da Ukrayna ilə eyni “labirintə” salır: Zelenskidən istefa, Putindən güzəşt tələb olunur
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)


