Zelenskidən son nöqtə: pis sülhə imza...
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin The Atlantic jurnalına müsahibəsində sülh danışıqları ilə bağlı sərt mövqe ortaya qoyub.
Dövlət başçısı Ukraynanın maraqlarına zidd razılaşmanı qəbul etməyəcəyini bildirib.
Zelenskinin sözlərinə görə, cəmiyyət üçün əlverişsiz sənədi imzalamaqdansa, ümumiyyətlə heç bir razılaşmanın olmaması daha doğru olar. O qeyd edib ki, ABŞ-də Donald Tramp üçün müharibəni dayandırmaq siyasi baxımdan böyük uğur sayılır və bu addım xüsusilə seçkilərdən əvvəl əldə edilmək istənilir.
Prezident vurğulayıb ki, Ukrayna danışıqlara açıqdır, lakin yalnız ədalətli və uzunmüddətli sülh şərti ilə: “Bu, siyasət naminə tez əldə edilən sənəd deyil, ləyaqətli və davamlı sülh olmalıdır”.
Zelenski referendum və seçkilərin keçirilməsinə prinsipial etiraz etmədiyini desə də, bunun ərazi itkilərini legitimləşdirmək üçün istifadə edilməsinin qəbuledilməz olduğunu bildirib. Onun fikrincə, atəşkəsdən əvvəl əsas şərt ABŞ və Avropadan real təhlükəsizlik zəmanətlərinin verilməsidir.
Məqalədə həmçinin qeyd olunur ki, Əbu-Dabidə keçirilən danışıqlarda Kreml mövqeyini dəyişməyib və Ukrayna ərazilərinin verilməsini tələb etməyə davam edir. Kiyev bu şərtlərlə razılaşmağa hazır deyil.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
13 dekabr 2025, Şənbə
ABŞ Rusiyanı da Ukrayna ilə eyni “labirintə” salır: Zelenskidən istefa, Putindən güzəşt tələb olunur
04 dekabr 2025, Cümə axşamı
ABŞ kəşfiyyatı “Tramp planı”nı əngəlləyir: Ağ Ev isə üç lideri “yemək masası”na çəkir, menyuda Ukraynadır
Şərhlər (0)

