ABŞ İran yaxınlığına əlavə hərbi qüvvələr göndərir
ABŞ İrana əlavə hərbi qüvvələr göndərir.
Məlumatı ABŞ maliyyə naziri Skott Bessent açıqlayıb.
Qeyd edək ki, "The Wall Street Journal" qəzeti də Pentaqonun ikinci bir aviadaşıyıcı qrupuna Yaxın Şərqə göndərilməyə hazırlaşmaq əmri verdiyini yazmışdı.
Maliyyə naziri isə "Fox News"a verdiyi müsahibədə deyib: "Prezident Donald Tramp və nazit Heqset İrana əlavə hərbi qüvvələr və aktivlər göndərirlər".
Bessentin sözlərinə görə, ABŞ prezidenti hesab edir ki, Amerikanın İranın nüvə obyektlərinə zərbələrindən sonra ABŞ Tehranla daha əlverişli bir razılaşma əldə edə bilər və bu barədə qərar İran hakimiyyətinin səlahiyyətindədir. ABŞ Maliyyə naziri həmçinin İranın yalnız "maliyyə bazarlarında və ya hərbi məsələlərdə kobud güc" anlayışını başa düşdüyünü qeyd edib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
07 noyabr 2025, Cümə
Qlobal nüvə savaşının "başlanma şifrələri" dəyişdi: Dünya artıq "qarşılıqlı məhv" mərhələsinə daxil olur
19 yanvar 2026, Bazar ertəsi
Türkiyə Ağ Evi Suriya üzərindən "vurur": ABŞ-ın "terror dövləti" layihəsi boşa çıxır
Şərhlər (0)


